
Bakı. Trend
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli
televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı
milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin
aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də “Gələcək özümü
gələcək?” başlıqlı ikinci ictimai müzakirə keçirilib.
Bu dəfəki müzakirə “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan:
yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda
olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim
olunacaq.
Xatırladaq ki, 15 apreldə “Gələcək əsr deyil, əsərdir!” mövzusunda keçirilən
müzakirənin videoyası ictmaiyyətə tədqim olunub.





























