
Bakı. Trend:
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
keçirilmiş əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində
külli miqdarda narkotik vasitələrin daşınması və satışı ilə məşğul
olmaqda şübləi bilinən 1993-cü il təvəllüdlü Vüqar Dadaşlı
saxlanılıb.
Trend DİN-ə istinadən xəbər
verir ki, onun Nərimanov rayonunda yaşadığı mənzilə baxış zamanı
oradan 5 kiloqrama yaxın marixuana və elektron tərəzilər aşkar
olunaraq götürülüb.
Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. V.Dadaşlı
barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan
tədbiri seçilib.





























