Advertisement

Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir (FOTO)

Bakı. Trend:

Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini –
Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə
heyətinin ölkəmizə səfəri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, aprelin 26-da
Qazaxıstan nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda
Məntəqəsinə gəlib.

Qonaqlara komanda məntəqəsinin əsas fəaliyyət istiqamətləri,
imkan və qabiliyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra qazaxıstanlı nümayəndələr Milli Müdafiə
Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları
Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzin yaranma tarixi,
icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları
maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlara hədiyyələr təqdim edilib.