Advertisement

Salyanda kənd sakini avtomobil oğurlayıb

Bakı. Trend:

Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin
üstü də açılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə
verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon
sakininə məxsus “VAZ-21063” markalı avtomobili oğurlamaqda şübhəli
bilinən Arbatan kənd sakini, əvvəllər məhkum olunmuş Əliağa Həsənov
saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan
istintaq hərəkətləri zamanı onun fevral ayı ərzində yaşadığı kənd
ərazisində iki təsərrüfatdan 3 xırdabuynuzlu heyvan oğurlayaraq,
zərərçəkmişlərə ümumilikdə 1 000 manata yaxın maddi ziyan vurduğu
da müəyyən edilib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, Ə.Həsənov
barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Onun digər analoji hadisələrdə iştirakının olub-olmaması
araşdırılır.