Advertisement

Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlandı

Bakı. Trend:

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə Trend-ə DİN-in
mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
aprelin 26-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı
avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70
patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar
aşkar olunaraq götürülüb.