Advertisement

Paytaxtın bu şosesində təmir aparılır

Bakı. Trend:

Xəzər rayonu, Mərdəkan şosesi, Binə Atçılıq mərkəzinin yanı,
mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir
işləri aparılır.

Trend xəbər verir ki, bu
barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat
yayıb.

Bildirilib ki, sürücülərdən qeyd olunan ərazidə hərəkətdə
olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə
və sürət həddinə əməl etmələri xahiş olunur.