Advertisement

Laçının Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsində Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr
arasında püşkatma keçirilib.

Trend xəbər verir ki,
tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan
Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra
Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın
nümayəndələri iştirak ediblər.

Sus kəndində yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti
məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda
olan məcburi köçkünlərə verilir. Püşkatma 59 ailə arasında
keçirilib. Ailə tərkibinə uyğun olaraq, onlardan 13-ü ikiotaqlı
28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə
köçürüləcək.

Püşkatmada iştirak etmiş ailələrin yaxın günlərdə Laçın
rayonunun Sus kəndinə yola salınmasına başlanacaqdır.