Advertisement

Sosial şəbəkələrdə feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs ələ keçib

Bakı. Trend:

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan
istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı
müraciətlər daxil olub.

DİN-dən Trend-ə verilən
xəbərə görə, polis əməkdaşlarının paytaxt ərazisində həyata
keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə
şübhəli bilinən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Zaur
Teymurxanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz
fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub.
Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq
yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər
varsa bu barədə polisə müraciət edə bilərlər. Bir daha
vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa
çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə
onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla
üzləşən şəxslər bu barədə polis orqanlarına bildirə bilərlər”, –
məlumatda deyilir.