
Bakı. Trend:
Sabah saat 11:00-dan etibarən Hacıqabul – Bəhrəmtəpə – Mincivan
– Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik
hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin
inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən
məhdudlaşdırılacaq.
Trend bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə
olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri
və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə
uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.





























