Advertisement

Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib.

Bu barədə Trend-ə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, aprelin 28-də Azərbaycan oftalmologiya elminin
görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk
akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın
anadan olmasından 101 il keçir.

Bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanını
ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi də ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər
çiçəklər düzülüb.

Həmçinin, görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin,
istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər
qoyulub.

Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimi
qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühüm
mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyada
tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir,
zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir
və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.