Advertisement

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Bakı. Trend:

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu
içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması
istiqamətində tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə
verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin
əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində
üç mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları
satılması halı aşkarlanıb.

Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.