Advertisement

Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və Qazax-Tovuz
Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə təhsil sektorunun
birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara
oğlu Rzayevin xatirəsi anılıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Milli Qəhrəmanın anadan olduğu Əlibəyli kəndində məzarı
və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət
olunub, önünə gül dəstələri qoyularaq ehtiram nümayiş
etdirilib.

Tovuz rayonu Qasım Rzayev adına Hacallı kənd tam orta məktəbində
keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
dövlət himni səsləndirilib.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda gedən döyüş
əməliyyatlarında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və
şücaət nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya,
eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.

Sonra Milli Qəhrəmanın həyat yolu ilə bağlı çəkilmiş “Yurdu
yaşatmaq üçün” filmi nümayiş etdirilib, şagirdlərin ifasında şeir
və musiqi kompozisiyası səsləndirilib.

Tədbirdə, həmçinin “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən
müdafiəçilərinə məktublar ünvanlanıb, hərbi təhsil müəssisələrinə
qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər
paylanılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.