
Bakı. Trend:
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, aprelin 29-da
əsasən gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda dumanlı
hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında
görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı
var.





























