Advertisement

Azərbaycanda tələbə vəfat etdi – Trend.Az

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs
tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm
işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş
Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və
ictimai fəallığı ilə seçilən tələbələrindən olub.

Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai
həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış
imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində
BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.