
Bakı. Trend:
Mobilliyin transformasiyası proqramı çərçivəsində AYNA
tərəfindən Bakı şəhərində avtobus dayanacaq pavilyonlarının
quraşdırılması və yenilənməsi prosesi davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat
yayıb.
“Ərazilər üzrə təhlillər aparılaraq ictimai nəqliyyat
istifadəçiləri üçün dayanacaq məntəqələrində müvafiq şərait
yaradılır.
Belə ki, mövcud yol infrastrukturunun vəziyyəti nəzərə alınaraq
paytaxtda böyük, kiçik və dar səkilər üçün ikidayaqlı pavilyonlar
quraşdırılır. Ümumilikdə 86 dayanacaq pavilyonunun quraşdırılması
nəzərdə tutulur”, – deyə qurumdan məlumat verilib.





























