Advertisement

Bakıda iki motosiklet oğurlandı – Trend.Az

Bakı. Trend:

Bakıda iki motosiklet oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində ayrı-ayrı vaxtlarda
fərqli ünvanlardan iki motosikletin oğurlanması barədə polisə
məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Rizvan
Məmmədzadə, Elxan Ələsgərov, Nizam Səfiyarlı, Vüsal Zəkərgə və bir
yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.