Advertisement

Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkarlandı

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu
vasitəsilə İran İslam Respublikasından gələrək, Azərbaycan
Respublikasının ərazisindən tranzit keçməklə Avstriya
Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti
xəttində yoxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində,
alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada,
ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik
vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.