
Bakı. Trend:
“İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq
barədə” tibb arayışlar elektronlaşdırılıb. May ayının 1-dən
etibarən hər iki tibbi arayışı elektron formada tibb
müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün
olacaq.
Bəs, sağlamlıq arayışının icbari sığortanın xidmətlər zərfinə
daxil edilməsi gözlənilir?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən
Trend-in
sorğusuna cavab olaraq bildirilib ki, 13 may 2022-ci il tarixli
Fərmanla TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən
əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan
və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB
müəyyənləşdirir.
“18 yaşdan yuxarı vətəndaşların sağlamlıq haqqında arayışı
ödənişlidir. Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat
veriləcək” – deyə əlavə edilib.
Qeyd edək ki, sağlamlıq haqqında tibbi arayışın tarifi 40 manat
təşkil edir.





























