
Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri
Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 7 fəaliyyət istiqaməti
olacaq.
Trend xəbər verir ki, bu,
Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini
tapıb.
Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri
aşağıdakılardır:
– müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı
Agentliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini
təmin etmək;
– iri şəhərlərdə suyun mənbədən götürülməsi, emalı, nəqli və
satışı sahəsində fəaliyyəti həyata keçirmək;
-iri şəhərlərə xidmət göstərən su təchizatı, yağış və tullantı
sularının emalı və axıdılması sistemlərinin istismarını həyata
keçirmək;
– iri şəhərlərdə istehlakçıların məişət (təsərrüfat)-içməli,
istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və
tullantı sularının axıdılması xidmətlərini göstərmək;
– balansında olan hidrotexniki qurğuların texniki vəziyyətinə
müntəzəm nəzarəti həyata keçirmək;
-su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su
itkisinin qarşısının alınması sahəsində tədbirlər həyata
keçirmək;
– müvafiq sahənin inkişafını təmin etmək;
– Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə
fəaliyyət göstərmək.





























