Advertisement

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum oldu

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki
Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 fəaliyyət istiqaməti
olacaq.

Trend xəbər verir ki, bu,
Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini
tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri
aşağıdakılardır:

– tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə
uyğun həyata keçirilməsini təmin etmək;

– əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər
mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini
təmin etmək;

– su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və
kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərinin
inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil
etmək;

Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.