Advertisement

Sabah bəzi ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabah Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz
kəsiləcək.

Trendxəbər verir ki, bu
barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı”
yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının
ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək
Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500
abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan
sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

Həmçinin Masallı rayonu ərazisində yerləşən, “Masallı” qaz
paylayıcı stansiyada qaztənzimləyicinin quraşdırılması üçün,
Masallı şəhəri, Seybətin, Səmidxan-2, Ərkivan qəsəbəsi, Öncəqala,
Hüseyinhacılı, Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçüvar, Təzəkənd,
Qəriblər, İsilər, Ninəlov, Məmmədrzaküçə, Qızılavar , Kolatan
kəndləri olmaqla 17000 əhali abonentin və 225 sənaye obyektinin qaz
təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər
dayandırılması planlaşdırılır.