Advertisement

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Bakı. Trend:

Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş
inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat
daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə
verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin
əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq
əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama
cinayətlərinə görə məhkum olunmuş Ramil Sadıqov və qohumu Raul
Quliyev saxlanılıb. Hazırda onların digər analoji əməllərinin
olub-olmadığı araşdırılır.