Advertisement

Axtarışda olan 76 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki
dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib kiI, axtarışda olduğuna görə ümumilikdə 76, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.