Advertisement

Kütləvi məzarlıqlarda tapılmış daha 9 nəfərin kimliyi bilindi

Bakı. Trend:

Kütləvi məzarlıqlarda tapılmış daha 9 nəfərin kimliyi müəyyən
olunub

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar
Səmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu şəxslər Ağdam və Şuşa, Xocavənddə
tapılan kütləvi məzarlıqlarda tapılan şəxslərdir.

“Onların ailələrə təhvil verilməsi prosesi təşkil olunacaq.
Onların dəfn prosesi ailələrin arzusuna uyğun olaraq həyata
keçiriləcək”.

Xatırladaq ki, Xocalı şəhəri ərazisində qazıntılar zamanı
kütləvi məzarlıqda 21 nəfərin, daha sonra isə Xocalı rayonunun
Malıbəyli kəndində 8 nəfərin qalıqları aşkar olunub. Ümumilikdə isə
bu günə qədər Xocalıda qalıqları tapılan 29 nəfərdən 9 nəfərin
kimliyi müəyyən edilmişdi.