Advertisement

YAP Xətai rayon təşkilatının S.Ə.Şirvani 159/2 ünvan üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 30-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının Seyid Əzim Şirvani 159/2 ünvanı üzrə ərazi partiya
təşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirin
müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Əliyevin
doğum günü ərəfəsinə təsadüf etdiyini önə çəkərək diqqəti dahi
şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında ölçüyəgəlməz
xidmətlərinə yönəldib. Bildirib ki, bugünkü Azərbaycan Heydər
Əliyev siyasətinin təqdimatıdır. 18 oktyabr 1991-ci ildə
müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ölkəyə rəhbərlik
edənlərin idarəçilik qabiliyyətinin olmaması, şəxsi ambisiyalarını
dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini
itirmək təhlükəsi ilə üz-üzə qaldı. Ölkədə xaosun, anarxiyanın,
iqtisadi böhranın baş alıb getməsi, torpaqlarımızın işğalı
xalqımızın sabaha olan ümidlərinin itməsinə səbəb olmuşdur. Belə
çətin günlərdə xalq öz xilaskarına üz tutdu və Ulu Öndər Heydər
Əliyevi Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin xalqın
təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf
yolu Azərbayanın bugünkü möhtəşəm uğurlara imza atmasını
şərtləndirdi. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini
uğurla davam etdrən Prezident İlham Əliyev dahi şəxsiyyətin ən
böyük arzusunu gerçəkləşdirdi. Şuşamız, Qarbağımız, Şərqi
Zəngəzurumuz azaddır, yenidən qurulur, cənnət məkana çevrilir.

Vüqar Rəhimzadə ölkəmizin həyatında əhəmiyyətli rol oynayan bu
mühüm məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan müstəqilliyinin
bərpasının ilk illərində ağır vəziyyətlə üz-üzə qalanda xalqın
istəyi, zamanın tələbi ilə yeni bir partiyanın- Yeni Azərbaycan
Partiyasının yaradılmasına böyük zərurət duyuldu. Xalqın böyük
əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının
Ümummilli Lider Heydər Əliyevə belə bir partiyanın yaradılması ilə
bağlı müraciəti, Ulu Öndərin müraciətə müsbət cavabı Azərbaycanın
həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Dövlət başçısı İlham
Əliyev tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Yeni
Azərbayan Partiyasının VII qurultayında bu məqamı xüsusi qeyd
etmişdir ki, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni
bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü
ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq
əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan
çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O
tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. O tarixin canlı
şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi
yaşasın. Müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin
oktyabrından yox. Ölkə Prezidenti belə bir çağırışı da
səsləndirmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil
bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya
bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə
gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında
bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya
bilərdi.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Ulu Öndər
Heydər Əliyevin şah əsəri olan müasir müstəqil, qalib Azərbaycan
yeni dövrə qədəm qoyub. Yeni dövrün hədəflərinə zamanında və yüksək
səviyyədə nail olmaq üçün hər bir Azərbaycan vətəndaşı, o cümlədən
Yeni Azərbaycan Partiyasının hər bir üzvü öz töhfəsini
verməlidir.

Sonra təşkilatı məsələlərə baxılıb. Vüsalə Kazımova YAP Xətai
rayon təşkilatının Seyid Əzim Şirvani 159/2 ünvanı üzrə ərazi
partiya təşkilatının sədri, Solmaz Hüseynova isə sədr müavini
seçiliblər.