
Bakı. Trend:
Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə
bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend xəbər verir ki, bu gün
Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə
keçirilən prosesdə vəsatət təmin edilib.
Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün
müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Anar Məmmədli ötən gün saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə
ittiham verilib.





























