Advertisement

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? – AÇIQLAMA

Bakı. Trend

Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlar
inandırıcı deyil.

Bu barədə Trend
“MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimov
deyib.

O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumat
yayanların bəlkə də hanısa məqsədləri var.

“Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir?
Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaq
üçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır,
üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azı
çəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması da
qanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur,
təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması da
qanunsuzdur”, – deyə o, əlavə edib.

N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluq
müşahidə olunur.

“Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında,
həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzil
bazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalar
sərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqda
pulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra,
bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var,
artım-azalma müşahidə olunmur”, – deyə o, vurğulayıb.