
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının
məsul şəxslərinin itirakı ilə Bayoba kəndində səyyar qəbul
keçirib.
Trend xəbər verir ki, Qəbulda
Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan
Bayoba, Hacıəlibəy, Ağyazı Buduq, Suxtalaqışlaq kəndlərinin və Arzu
qəsəbəsinin sakinləri iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq
mühafizə orqanlarının rəhbərləri əvvəlcə Bayoba kəndində Şəhidlər
Abidə-Bulaq kompleksini ziyarət edib.
Daha sonra vətəndaşların müraciəti və təklifləri dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, fərdi yaşayış evinin
qazlaşdırılması, suvarma suyu ilə təchizatı yaxşılaşdırılması və
digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
ifadə ediblər.





























