
Bakı. Trend:
Mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər
verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi
əsir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, hazırda Bakıda və
Abşeron yarımadasında küləyinin sürəti 20 m/s, Culfa, Naftalanda 18
m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın
hündürlüyü 2 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın
01-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən
güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi
gözlənilir.





























