Advertisement

Bakıda havada tozun miqdarı normadan artıqdır

Bakı. Trend:

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda
və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti
müşahidə olunur.

Trend xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin
Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə
artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal
xarakterlidir. Belə hava şəraitinə səbəb dünən axşam saatlarından
başlayan şimal-qərb istiqamətli küləklərin arabir güclənməsi
nəticəsində yerin üst quru səthində formalaşan toz kütlələrinin
ətraf ərazilərə yayılmasıdır.

Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi
gözlənilir.