
Bakı. Trend:
Bir neçə gün öncə ev dustaqlığına buraxılan Qubad İbadoğlu
yaşayış yerinin dəyişməsi üçün məhkəməyə müraciət edib.
Trend-in məlumatına görə,
onun müraciətinə Nərimanov Rayon Məhkəməsində baxılıb.
Məhkəmə İbadoğlunun iddiasını təmin edərək onun bağ evinə
köçməsinə icazə verib.
Xatırladaq ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta
pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma
mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini
ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri
ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin
başlanacağı gözlənilir.
Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi.





























