Advertisement

Bakının bu hissəsində su olmayacaq

Bakı. Trend:

Bakı şəhəri, Səbail rayonunun bir hissəsində su olmayacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-ə verilən
məlumata görə, su kəmərində baş vermiş qəza ilə əlaqədar 02 may
2024-cü il tarixində Səbail rayonunun bir hissəsinə (Neftçilər
prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli
suyun verilməsində məhdudiyyətlər yaranıb.