
Bakı. Trend:
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin
olunub.
Trend xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin
müvafiq əmri ilə Hicran Əyyubova 01.05. 2024-cü il tarixindən Tovuz
Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin
edilib.
Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat,
Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil
alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar
kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə
Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor
vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən
keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili
müəssisələrində kadr potensialının və tədris prosesinin
təkmilləşdirilməsidir. Bir müddət əvvəl Kollecin əvvəlki direktoru
ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdi.





























