
Füzuli. Trend:
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini
liderlərin Qarabağa səfəri başlayıb.
Trend xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq
Hava Limanına gəlib.
Qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları
Füzulidə törədilən dağıntılarla, həmçinin rayon işğaldan azad
edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən
bərpa-tikinti işləri ilə tanış olacaqlar.
Füzuli ilə tanışlıqdan sonra qonaqlar Şuşa şəhərinə yola
düşəcəklər.





























