Advertisement

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı

Bakı. Trend:

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya
seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.
Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin
nəticələri ilə tanış ola bilərlər.

Trend xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan
Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi
üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı
qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin
yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan
sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin
yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi
səhifələrinə göndəriləcək.