Advertisement

“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında (FOTO/VİDEO)

Bakı. Trend:

Azercell və “Ümidli Gələcək” İB-in “Gələcəyi öz əllərinlə yarat”
layihəsi çərçivəsində növbəti təlim baş tutub.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında
keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc
qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri
iştirakçılara “yumşaq bacarıqlar” – daxili motivasiya, ünsiyyət,
empatiya, emosional zəka barədə məlumat veriblər.

Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri,
karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr
alıblar.

Təlimin əsas məqsədi sığınacaq sakinlərinin cəmiyyətə
reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq
imkanlarının artırılması idi.

Qadınlara həmçinin “Qadın Dəstək Xətti”nin xidmətləri barədə
məlumat verilib. Onlara bu xidmətdən yararlanmaq tövsiyə
edilib.

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Dəstək
Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial
dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası
və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar
hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara,
hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.

24 saat xidmət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa
nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri, İctimai
Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək
olar.

Qadın sığınacağında baş tutmuş təlim haqqında
video-material: