Advertisement

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni
istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.
Ümumilikdə 300 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri
arasında bölüşdürülüb.

Qeyd edək ki, ölkəmizin qiymətli kağızlar bazarının inkişafına,
vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanı yaratmağa
xidmət edən “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ
dolları, tədavül müddəti 3 il, ümumi dəyəri 20,000,000 (iyirmi
milyon) ABŞ dollarıdır. Yeni istiqrazlar illik 6% kupon dərəcəsi
ilə emissiya edilib.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən istiqrazlar ilk dəfə
2020-ci ildə Bakı Fond Birjasında hərrac üsulu ilə kütləvi ticarətə
buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter
qismində çıxış etdiyi “AzerGold” istiqrazları 3 illik tədavül
müddəti ərzində investorlara 2,400,000 ABŞ dolları məbləğində faiz
gəlirləri qazandırıb.