Advertisement

Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatır – Faktiki hava

Bakı. Trend:

Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər
verildiyi kimi, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında
24 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın
hündürlüyü 2.4 metrdir.

Daşkəsən, Gədəbəydə arabir yağış yağıb. Qrız, Şəmkirdə duman
müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan
MR-da 26, Aran rayonlarında 27, dağlıq rayonlarda 20, yüksək dağlıq
ərazilərdə isə 8 dərəcəyədək isti olub.