Advertisement

ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu

Bakı. Trend:

UNEC ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi arasındakı imzalanan əməkdaşlıq memorandumu çərçivəsində
nazirliyin 13 nəfər əməkdaşı üçün keçirilən “Liderlik” üzrə
Mini-MBA sertifikat proqramı uğurla yekunlaşıb.

UNEC tərəfindən təşkil olunan 6 aylıq proqramda nazirliyin
əməkdaşlarına liderlik və idarəetmə, komanda quruculuğu və
təşkilati davranışın formalaşdırılması mexanizmi, maliyyə və insan
resurslarının effektiv idarəetmə üsulları, eyni zamanda müasir
dövrün tələbləri və rəqəmsallaşma ilə inteqrasiya olunan təşkilati
mədəniyyətin qurulması ilə bağlı təlimlər keçirilib.

Proqram İsraildə “Soft Skills: Təlimçilərin təlimi” beynəlxalq
proqramı üzrə kvalifikasiya sertifikatlarını qazanmış UNEC-in
peşəkar mütəxəssisləri tərəfindən aparılıb.

Sertifikatların təqdimat olunması mərasimində iştirak edən
ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev,
UNEC-in prorektoru dosent Fariz Əhmədov proqramın məzunlarını
təbrik ediblər, onların əldə etdikləri bilik və bacarıqların
gələcək fəaliyyətlərində mühüm rol oynayacağından əminliklərini
ifadərə edərək, məzunlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra nazirliyin əməkdaşlarına sertifikatlar təqdim
olunub.