Advertisement

Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı
narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən
məlumata görə, sürücü idarə etdiyi “VAZ-21014”” markalı avtomobillə
yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi
verilib.

Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə
dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə
sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən
olunub.

H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün
rayon məhkəməsinə göndərilib.

Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin
təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə
biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə
profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət
qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən
sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb
və barələrində inzibati protokollar tərtib olunub.