
Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq
təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Trend Penitensiar xidmətə
istinadən xəbər verir ki, həbs olunmuş şəxs Əşrəf Vüqar oğlu
Əşrəfliyə qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən
zaman oradakı dolmaların içərisində xüsusi üsulla gizlədilmiş
bükülülərdə 2,070 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.





























