Advertisement

Yaz semestrində nə qədər tələbə təhsil krediti alıb?

Bakı. Trend:

2023-2024-cü tədris ilinin yaz semestrində təhsil tələbə krediti
almaq üçün müraciət edənlərin bu günə olan statistikası
açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə verilən məlumata görə, yaz
semestri ərzində 7449 tələbə kredit almaq üçün müraciət edib.

Məlumata görə, onlardan 504 nəfərin müraciəti natamam olub, 365
nəfərin müraciəti emal mərhələsindədir. Habelə 390 nəfərin
müraciətinə imtina cavabı verilib, 335 nəfərin müraciəti isə banka
yönləndirilib.

Yaz semestri üzrə 5855 tələbəyə təhsil krediti verilib. Onların
arasından 1786 nəfərin müraciəti sosial, 4069 nəfərin müraciəti isə
standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.