Advertisement

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Bakı. Trend:

2024-cü ilin aprel ayında xüsusi şərtlərlə əmək pensiyası
alanların sayı 141 047 nəfər olub.

Bu barədə Trend-ə Dövlət Sosial Fondundan məlumat verilib.

Qeyd edilib ki, onların 108 259 nəfəri yaşa, 14 639 nəfəri
əlilliyə, 18 149 nəfəri isə ailə başçısını itirməyə görə pensiya
alıb.