Advertisement

Postmüharibə dönəmində müharibə iştirakçısı, müharibə əlili və şəhid ailəsi üzvlərinə 6 min mənzil verilib

Bakı. Trend:

Postmüharibə dövründə müharibə iştirakçılarına, müharibə
əlillərinə, şəhid ailələrinə dəstək tədbirləri həyata keçirilib.
2020-ci ildə Vətən müharibəsindən sonra, sentyabrda antiterror
tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin edən,
Müzəffər Ali Baş Komandanın rəhbərli ilə Azərbaycan ərazilərini
düşməndən təmizləyən Azərbaycan ordusu dövlət başçısının
tapşırığına uyğun olaraq hər zaman diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı
ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda
Forumda deyib.

Nazir bildirib ki, postmüharibə dönəmində 128 min müharibə
iştirakçısına, müharibə əlilinə, şəhid ailəsi üzvünə 340 mindən çox
dəstək həyata keçirilib, 6 min mənzil verilib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin
məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada
düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv
mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik
ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil
olunacaq.