Advertisement

Nazirdən azad olunmuş ərazilərdə məşğulluqla bağlı AÇIQLAMA

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərimizdə məşğulluq tədbirləri həyata
keçirilir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı
ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda
Forumda deyib.

Nazir bildirib ki, Azərbaycanın qarşısında duran yaxın dönəm
üçün ən önəmli məsələ işğğaldan azad edilmiş ərazilərin ölkə
iqtisadiyyatına sürətli inteqrasiyası, həmin ərazilərə köçən
insanlarımızın dayanıqlı məşğulluğumuzun təmin olunmasıdır.

“Bunun üçün məşğulluq proqramları həyata keçirilir, keçmiş
məcburi köçkünlərimizin bilik və bacarıqları artırılır”, – deyə o
əlavə edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin
məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada
düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv
mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik
ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil
olunacaq.