Advertisement

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və Boyaqlı kəndini əhatə edəcək

Bakı. Trend:

Kəlbəcər şəhəri mövcud məskunlaşma ərazisini və yaxınlığındakı
Boyaqlı kəndini əhatə edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən
məlumata görə, şəhərin şimal-şərq istiqamətindəki əsas girişindən
başlayaraq cənub-qərb istiqamətində uzanan baş küçəsi planlaşdırma
strukturunun əsasını təşkil edir.

Küçənin başlanğıc nöqtəsində şəhərin sənaye və istehsalat
zonası, orta hissəsində şəhər mərkəzi, bitiş nöqtəsində isə turizm
və sosial xidmət obyektləri nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1
may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq
edilib.