
Ağdam. Trend:
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları
işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər. Forum
çərçivəsində Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış
hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi
sessiya keçirilir.
Trend xəbər verir ki, sessiyaya Azərbaycan Respublikasının
UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev
moderatorluq edir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı,
UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm
Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə
100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini
liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa
daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə
sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir
araya gəliblər.





























