
Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı
var.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14°,
gündüz 18-23° olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə
sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli
intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi
yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 11-15°, gündüz 16-21°, dağlarda gecə
4-8°, gündüz 8-13° olacaq.





























