
Bakı. Trend:
2024-cü ilin yanvar-mart aylarında “Bakı KOB evi”ndə sahibkarlıq
subyektlərinə 80349 xidmət göstərilib ki, onlardan 72537-i (90,28%)
dövlət qurumlarının (“G2B”), 7812-i (9,72%) isə özəl qurumların
(“B2G”) xidmətləridir.
Biznes subyektlərinə göstərilmiş xidmətlərin 72 mindən çoxu 10
dövlət qurumu tərəfindən təqdim edilib. “Bakı KOB evi”nə müraciət
edən sahibkarlar daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
– 64133 (79,82%), İqtisadiyyat Nazirliyinin tabeliyində Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə – 5778 (7,19%),
Dövlət Vergi Xidmətinə – 1183 (1,47%), Fövqəladə Hallar Nazirliyinə
– 297 (0,37%), Dövlət Gömrük Komitəsinə – 296 (0,37%) müraciət
ediblər.
Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi, Dövlət Mineral
Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi və Kənd Təsərrüfatı Nazirliyi bölüşür.
Sahibkarlar adıçəkilən qurumlara biznes fəaliyyəti üçün zəruri
olan yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə
nişanı, taxoqraf kartları, lisenziya və icazələr, mənşə sertifikatı
və digər sənədlərin alınması, vergi və gömrük məsələləri ilə bağlı
müraciət ediblər.
Qeyd edək ki, “Bakı KOB evi”ndə 50-yə yaxın dövlət və özəl qurum
tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan “G2B” və
“B2B” xidmətlər göstərilir.





























