Advertisement

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi (FOTO)

Bakı. Trend:

Ali Hərbi Məktəbin sabiq rəisi general-mayor İlqar Məmmədov
yenidən vəzifəyə gətirilib.

Trend xəbər verir ki, İ.Məmmədov daxili işlər naziri
general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri
təyin edilib.

Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında DİN-in Daxili
Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad
olunmuşdu.